Rəmiş vəfat etdi

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Müstəqil.Az bildirir ki, bu barədə APA -ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Müstəqil.Az

Share: