“Əgər Ter-Petrosyan danışarsa…”

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana bu günlərdə erməni və xarici mediadan çoxsaylı təkliflər gəlir.

Müstəqil.Az bildirir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb.

“Onlardan üzr istəyərək, qeyd etməyi lazım bilirik ki, ehtirasların qızışdırıldığı hazırkı şəraitdə prezident Ter-Petrosyan dövlət üçün məhvedici gərginliyin daha da dərinləşməsində iştirak etmək istəmir.

Çünki Ermənistan Respublikasının ilk prezidenti danışarsa, adətinə görə, erməni xalqının başına gətirilən fəlakətin səbəbləri barədə bütün həqiqətləri açıqlamaya bilməz. İndi isə bunun vaxtı deyil”, – deyə Arman Musinyan qeyd edib.

Müstəqil.Az

Share: