Xırdalan dairəsində yeni körpünün tağ hissəsinin montajına başlanılıb – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası yekunlaşdırılıb.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

 

Share: