Türkiyənin bu vilayətində komendant saatı tətbiq edildi

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətinin Silvan rayonunda komendant saatı tətbiq edilib.

Trend xəbər verir ki, bu barədə vilayət meriyası xəbər yayıb. Məlumata görə, komendant saatı vilayətdə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları çərçivəsində tətbiq edilib.

Məlumata görə, əməliyyat çərçivəsində həmçinin bəzi ünvanlarda axtarışlar aparılacaq.

Qeyd olunur ki, komendant saatı tətbiq edildiyi müddətdə axşam saatlarında küçəyə çıxmaq qadağandır. Komendant saatının nə vaxtadək davam edəcəyi barədə isə məlumat verilməyib.

Müstəqil.Az

Share: