Kiberhücumlar təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Kiberhücumlar təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Müstəqil.az Daxili İşlər Nazirliyindən əldə etdiyi xəbərə istinad edərək bildirir ki,  Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xarici ölkələrə məxsus informasiya sistemlərinə qanunsuz müdaxilə etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in yayınladığı məlumata görə saxlanılanlar 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadədir.

Araşdırmalarla müəyyən edilib ki, onlar xarici veb-saytların serverlərinə icazəsiz giriş əldə edərək idarəetmə panellərini ələ keçirib, internet resurslarına nəzarəti ələ alıb və onların satışını təşkil ediblər.

Nazirliyin məlumatına görə, Ramil Feyziyevin 2300, Elçin Abdullazadənin isə 179 xarici veb-sayta qanunsuz müdaxilə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müstəqil.Az

Share: