GÜNƏŞ
uzun isəyi ilə
Uzaq üfüqdə
Yuyur saçlarını
Qan dənizində
Telini çırparaq
Çilənir göyə
Qanlı dalğalardan
Qanlı şüalar
Batmayıb hələ də
İtməyib gözdən
Qanlı döyüşdədir
O….
Günəş qızı…
***
Ağı
Bu həyat bizlərə içirdir ağı
Qatır Bir -Birinə min bir boyağı
Ömrünün Günləri, qara şüvənli
Qaçır Özümüzdən, talehin ağı
İnsanlıq huyları siyasiləşib
Nə solu bəllidir? nə də ki sağı
Əngəlli bitkilər sırmaşıb gölə
Nə Kökü Bəllidir, nə də ki Tağı.
Naşı biçinçilər düşüb tarlaya
Sütülkən doğrayır, əldə orağı.
Düv düşüb, divlərə Pərilər susqun
Yuxuda boğurlar körpə uşağı
Belimə qalanıb qəmlər şələsi
Sökülmür örkəni, qırılmır bağı
Əyir doğanağın, batır qınağı
Sankı çökdürüblər üstümə dağı
Həyatda sevinclər paylanmır ucuz
Ömürlük ürəiyin əriyir yağı
Giləli gözlərdən süz gilas – gilas
Keflicə, dodaqdan içim arağı
Hər sevgi bam-başqa, Vətən də başqa
Dərd Budur, önündə səf çekir yağı
Xülyalı yaşayır hələ də çoxu
Əyilməz qocaman, vətən Bayrağı
***
Vətənin
Torpağına, daşına
qurban olum, vətənın!
Ən qocaman Yaşına
qurban olum, vətənin
Cığırına, Yoluna
Nər biləkli qoluna
Həm Sağına, Soluna
qurban olum, vətənun!
Al çıçəkli çölünə
Mavi Dəniz, Gölünə
Xoş ətirli gülünə
qurban olum, vətənin!
Çinarının Xoluna
Hər Bar verən, kolona
Varlığının, Boluna
qurban olum, vətənin
Bayrağına, Dilinə
Hər “Qocaman” eliinə
Bükülməyən, Belinə
qurban olum, vətənin
Qoca Muğanlı
YUSİFƏLİ GÜLDƏSTƏ
Ərdəbil





















