RAFİQ ƏLİYEV BEYNƏLXALQ ELM MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

RAFİQ ƏLİYEV BEYNƏLXALQ ELM MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Dünya şöhrətli alim, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb.

 

Bununla bağlı birlik tərəfindən Rafiq Əliyevə rəsmi bildiriş və dəvət məktubu göndərilib.

Məktubda qeyd olunur ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən Türk Dünyası Yörük Türkmən Birliyi bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək.

 

Rafiq Əliyevə mükafat 8 oktyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində təqdim olunacaq.

 

15 kateqoriya üzrə mükafatların təqdim ediləcəyi mərasim Türk Dövlətləri Təşkilatı, TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı), YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığı’na bağlı Türkiyə Cümhuriyti Kültür və Turizm Bakanlığına bağlı), TÜRKSOY (Uluslararası Türk Kültürü Teşkilatı) və digər qurumların dəstəyi ilə baş tutacaq.

 

Mükafat elmi araşdırmaları, innovativ ideyaları və beynəlxalq əməkdaşlığı təşviq edir.

 

Mükafata müxtəlif elm sahələrində mühüm nəticələr əldə etmiş şəxslər namizəd göstərilir.

 

Təltifetmə mərasimləri Türk Dünyasında elmi əməkdaşlığın inkişafına töhfə verən alimlərin tanıdılmasına xidmət edir.

 

Mükafat Türk Dövlətləri arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.

 

Share: