49 illik SİRR AÇILIR – Rusiya hərəkətə KEÇDİ

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının başçısı Dmitri Roqozin amerikalıların Ayda olub-olmadığını yoxlamağı təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Moldova prezidenti İqor Dodonla birlikdə “Rusiya kosmik sistemləri” şirkətinə baş çəkən zaman bildirib.

“Roskosmos”un başçısının sözlərinə görə, indi dünyanın heç bir ölkəsi Ay proqramını təklikdə reallaşdıra bilməyəcək və buna görə də o, Yer kürəsinin təbii peykinin öyrənilməsində ABŞ-la əməkdaşlığa bel bağlayır.

Daha əvvəl kosmik korporasiyadan bildiriblər ki, tezliklə Ayın mənimsənilməsi üzrə yeni dövlət proqramını hazırlanacaq.

Qeyd edək ki, Apollon 11 “Apollon” proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya hesab edilir. Məlumata görə, bu uçuş “Apollon” layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.

Qeyd edək ki, ABŞ-ın açıqladığı məlumata görə, 49 il öncə – 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də “İql” (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: “Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır”.

Amma bu gün ABŞ da daxil olmaqla bir çox dünya alimləri bütün dünya tərəfindən rəsmi qəbul edilən insanlığın bu “sıçrayışını” tutarlı isbatlarla qəbul etmirlər. Onlar bunu sadəcə ABŞ-nin SSR-nin ilk insanı kosmosa göndərməsinə ideoloji bir cavab məcbur qalıb danışdığı böyük bir yalan kimi qiymətləndirirlər. ABŞ aya adam göndərməyi hələ bacarmasa da, Hollivud studiyaları ustalıqla bunu insanlar üçün təşkil edə bilərdi.

Bu fikirlə çıxış edən alimlərin iddialarına görə, radiasiya səviyyəsi çox yüksək olan ay səthində o vaxtki aparatlarla belə ideal şəkillərin çəkilməsi mümkünsüzdür. Bundan başqa, Apollon 11 şəkillərində bir günəş işığının yerinə 3 projektor işiğının aydın sezilməsi, bu qədər təkzibə baxmayaraq ABŞ-nin heç bir yeni isbat göstərməməsi, bayrağın dalğalanması şübhələri artırır. Bildiyimiz kimi, hava olmayan Ay səthində ABŞ bayrağının küləklə dalğalanmasının necə mümkün olması sualına NASA-dan nəinki tutarlı, heç tutarsız cavab gəlməyib.

Share: