44 günlük vətən müharibəsinin qəhrəmanı şəhid oldu

Cəlilabad şəhidin var!

 

Bu gün, sentyabrın 13-də gecə saatlarında Ermənistan Silahlı qüvvələrinin sərhədlərimizi pozaraq təxribat etmək cəhdi ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən qətiyyətlə alınıb.

Hazırda sərhəd boyu döyüşlər davam etməkdədir. Düşmənin canlı qüvvəsinə və texnikasına ağır zərbələr vuran, 50 dən çox erməni əsgərini cəhənnəmə vasil edən  ordumuzun, təəssüf ki, itkiləri də var. Belə igid şəhidlərimizdən biri də XTQ-nin giziri Həsənov Səiddir.

XTQ-nin giziri, Cəlilabad rayonu Əsədli kənd sakini Həsənov Səid Sarıbala oğlu düşmənə qarşı apardığı döyüşlərdə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

44 günlük Vətən müharibəsində böyük şücaət və igidlik göstərmiş Həsənov Səid Sarıbala oğlu,

“Döyüşdə fərqlənməyə görə”
“İgidliyə görə”
“Şuşanın azad olunmasına görə ”
“Füzulinin azad olunmasına görə”
“Cəbrayılın azad olunmasına görə ”
“Vətən müharibəsi iştirakçısı ”

‌Medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Müstəqil.Az

Share: