4 türk əsgəri ŞƏHİD oldu

Türkiyə Silahlı Qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında silahlı qarşıdurma baş verib.
Moderator.az xəbər verir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib. Türkiyə 2 gün öncə bölgədə yanğın çıxaran terrorçulara qarşı əməliyyat başladıb. Əməliyyatda qarşı tərəfdən edilən hücum nəticəsində 4 türk əsgəri ölüb, 5 nəfər yaralanıb.
Yaralı əsgərlər xəstəxanaya çatdırılıb.
Müstəqil.Az

Share: