2017-ci ildə Azərbaycandan 10394 nəfər Rusiya pasportu alıb.

2017-ci ildə Azərbaycandan 10394 nəfər Rusiya pasportu alıb.

Müstəqil.az xəbər verir ki, ümumilikdə keçən il 20-dən çox dövlətdən olan insanlar vətəndaşlıq almaq üçün Rusiyaya müraciət edib.

Ermənistan da Rusiyadan vətəndaşlıq istəyən 5 ölkədən biri olub.

Ukrayna bu sırada 40718 nəfərlə ilk yerdə qərarlaşıb. Ukraynanı Qazaxıstan (40718), Tacikistan (29039), Ermənistan (25144) və Özbəkistan (23334) təqib edir.

Azərbaycan siyahıda 7-ci yerdə qərarlaşıb.

Siyahıda Rusiyadan vətəndaşlıq alan digər ölkələr arasında Moldova, Qırğızıstan, Belarus, Gürcüstan, Türkmənistan, Türkiyə, Əfqanıstan, Suriya, Vyetnam, Latviya, Misir, Almaniya İsrail, Litva və Serbiyanın da adları var.

MDB ölkələri siyahıda üstünlük təşkil edib.


Share: