“19 yaşlı oğlan 72 yaşlı qadınla evləndi”.Cütlüyü “You tube”-də milyonlarla insan izləyir

Amerikada on doqquz yaşlı Hari Xardvik özündən 53 yaş böyük olan qadınla evlənib. Yaş fərqinə baxmayaraq gənc oğlan yaşlı qadında öz sevgisini tapdığını bildirib.
Hari birlikdə yaşadığı Almeda ilə onun 45 yaşlı oğlunun dəfn mərasimində tanış olub. Bir müddət sonra Almeda onu şam yeməyinə dəvət  edib və bir-birilərinə ürəklərini açan gənc oğlan və yaşlı qadın birlikdə yaşamağa qərar veriblər.
 Onlar iddia edirlər ki, xoşbəxtdirlər. Amma cütlüyün bu evliliyi heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Almedanın ikinci oğlu anasının bu evliliyinə görə onunla danışmır. Cütlüyün You Tube səhifələri də var və onları milyonlarla insan izləyir. Cütlük ABŞ-ın Tennessee ştatında yaşayır.
Müstəqil.az gənc oğlan və yaşlı qadının fotolarını təqdim edir.

Share: