18-ci gün: Rusiyanın Ukraynadakı itkiləri…

Ukrayna rus ordusunun itkiləri ilə bağlı məlumatı yeniləyib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Ukraynaya qarşı genişmiqyaslı hücum başlayandan gündən bəri rus ordusunun 12 mindən çox əsgəri, 374 tankı, 1226 zirehli döyüş maşını, 140 artilleriya sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarəsi, 86 helikopteri, 600 hərbi avtomobili və 7 ədəd pilotsuz təyyarəsi, 62 reaktiv yaylım atəş sistemi, məhv edilib”, – məlumatda bildirilib.

Müstəqil.Az

Share: