Daha bir gənc intihara əl atdı…- Özəl

28 yaşlı gənc intihara əl atdı. Bu haqda Müstəqil.Az-a hadisənin şahidləri telefon vasitəsi ilə xəbər verib.

Bu gün səhər saat 05:40-da Bakı bulvarında bir nəfər gənc  intihar etmək istəyib.

Əslən Füzuli rayonundan olan1990-cı il təvəllüdlü gənc dənizkənarı milli parkdakı məşhur Saat qülləsi kimi tanınan əraziyə yaxın taxta körpüdən özünü dənizə atıb.

Şahidlərin Müstəqil.Az-a verdiyi məlumata görə intihar cəhdinin qarşısı alınıb. Yaxınlıqda xidmət aparan polis  əməkdaşlarının və hadisə yerinə yaxın olan kafenin bir nəfər işçisi tərəfindən intihara cəhd edən adam xilas edilib.  İntiharın səbəbi araşdırılır.

Hadisə yerinə təcili yardım briqadası dəvət olunub.
Müstəqil.Az

Share: