147 ölkəyə vizasız gedə bilən dünyanın ən güclü pasportları

Dünyanın ən güclü pasportlarının reytinqi açıqlanıb. Yəni “pasportun gücü” deyəndə vətəndaşının vizasız gəzə biləcəyi ölkələrin sayı nəzərdə tutulur. 

Müstəqil.Az xəbər verir ki, ABŞ-ın “Arton Capital” konsaltinq şirkəti Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrdəki məlumata əsaslanaraq, dünyanın ən güclü pasportlarının reytinqini açıqlayıb.

1.Dünyada ən güclü pasportlar reytinqində birinci yeri ABŞ və Böyük Britaniya tutur. Bu iki dövlətin vətəndaşları dünyanın 147 ölkəsinə vizasız gedə bilərlər.
2. Üç ölkə – Fransa, Cənubi Koreya və Almaniyaya. Bu dövlətlərin vətəndaşları dünyanın 145 ölkəsinə vizasız gedə bilərlər.
3. İsveç və İtaliya vətəndaşları isə 144 ölkəni vizasız ziyarət edə bilərlər.
4. Danimarka, Lüksemburq, Hollandiya, Sinqapur, Yaponiya və Finlandiya  pasportlasrısa dördüncü yerdə qərarlaşıb. Bu ölkə vətəndaşları 143 ölkəyə vizasız gedə bilərlər.
5. İsveçrə. İsveçrə pasportu ilə 142 ölkəyə vizasız səfər etmək olar.
6.  Norveç, Portuqaliya, İspaniya, İrlandiya və Belçika. Bu ölkələrin vətəndaşları dünyanın 141 ölkəsinə vizasız səfər edə bilərlər.
7. Kanada, Yunanıstan, Avstriya və Malayziya. 140 ölkə onlar üçün vizasız rejimdə açıqdır.
8. Yeni Zelandiya. Bu dövlətin pasportu ilə 139 ölkəyə vizasız getmək mümkündür.
 9. Avstraliya, Macarıstan və Çexiya. Onlar üçün 138 ölkəyə vizasız rejim açıqdır.
10. Slovakiya və Polşa. Bu dövlətlərin vətəndaşları 137 ölkəyə vizasız səfər edə bilərlər.

Share: