“Ərin evdə deyilsə, sizə gəlim…”-deyən ofisiant xəstəxanalıq oldu – FOTO

“Ərin evdə deyilsə, on-on beş dəqiqəlik sizə gəlim”-deyən qarson qadının yaxınları tərəfindən döyülərək xəstəxanalıq edilib.
Müstəqil.Az  xəbər verir ki, hadisə Türkiyənin Sultanqazi rayonunda baş verib. Kafedən yemək sifariş edən əlil qadına yaxınlaşan qarson Hüseyn Əl Fərhan “Ərin evdə deyilsə, on-on beş dəqiqəlik sizə gəlim. Səninlə bir şeyi danışacam”-deyib. Bu zaman qarsonla mübahisə edən qadın evinə gedərək, olanları həyat yoldaşına danışıb.
Yaxınları ilə anlaşdıqdan sonra restorana qayıdan qadın qarsona onun təklifi ilə razılşadığını bildirərək, küçəyə çıxarıb. Bu zaman qadının əri və yaxınlar qarsonu ölümcül döyüərək,  xəstəxanalıq ediblər. Faktla bağlı polis araşdırmaya başlayıb.
Müstəqil.Az  

Share: