Ərdoğandan ABŞ-a SƏRT REAKSİYA: “Siz itirəcəksiniz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasını şərh edib.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan itirən tərəfin ABŞ olacağını bildirib.

“Siz itirəcəksiniz, çünki imzaladığınız bir razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman başlamaq, istədiyiniz zaman ləğv etmək düzgün deyil”, – Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən İranla imzalanan nüvə sazişindən çəkildiklərini bəyan edib.

“İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran “Hizbullah”, Həmas, Taliban və “Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm”, – ABŞ-ın prezidenti Donald Tramp bildirib.

Share: