Ərdoğana ötürülən qeyddə nə yazıldığı üzə çıxdı – Riskli addım/Video

Bir neçə ay öncə mitinq zamanı “Kəskinoğlu” quşçuluq şirkətinin rəhbəri Məhmət Kəskinoğlunun çox çətin şəraitdə Ərdoğana ötürdüyü kağızın sirri açılıb.

Müstəqil.az xəbər verir ki, Kəskinoğlu mətbuata açıqlamasında Ərdoğana verdiyi kağızda şirkətinin nə qədər pis vəziyyətdə olduğunu və dövlət başçısından yardım istədiyini bildirib:

“Hazırda şirkətim müflis olacaq həddədir. Məhkəmə qərarı ilə şirkətə üç ay möhlət verilib. Əgər əvvəllər gündə 300 min toyuq kəsirdiksə, bu rəqəm artıq 75 minə enib”.

Qeyd edək ki, “Kəskinoğlu” quşçuluq şirkətinin rəhbəri Məhmət Kəskinoğlu may ayının 28-də Akhisarda keçirilən mitinqdə Ərdoğana bir kağız vermişdi. Mühafizəçiləri yararaq Ərdoğana yaxınlaşan Mehmet Kəskinoğlunun bu riskli addımı atmağına nəyin səbəb olması hər kəsdə maraq yaratmış, Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olmuşdu.

 

 

Share: