Əməliyyat edilən xəstənin qanı yaşıl rəngdə çıxdı…

Kanada cərrahları ağır xəstələrdən birini əməliyyat edən zaman şoka düşüblər.  Müstəqil.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb xəstənin yarılan nahiyəsindən gözlənilmədən yaşıl qan axması olub. Əvvəlcə həkimlər həmin insanın   yadplanetli olduğunu düşünüblər. Lakin  qan testlərindən sonra bu pasientin sulfogemoglobinemiya xəstəliyindən əziyyət çəkdiyi aşkar edilib. Müəyyən edilib ki, bu çox nadir xəstəlik  kükürd atomunun qandakı hemoglobinə birləşməsi nəticəsində yaranır. Bu halda qanın strukturu dəyişdiyi kimi rəngi də dəyişir. Adamda həmin xəstəlik  migrenə qarşı atdığı, tərkibində sulfonamid olan sumatriptan  dərmanının həddindən artıq istifadəsindən yaranıb. Həkimlər xəstəyə həmin həbləri atmamağı tövsiyə edib və bir neçə həftə içində onun qanı təkrar qırmızı rəng alıb.
 

Share: