“Əliyev hələ ki, susur, lakin sonra…” – İngiltərədən Qarabağda müharibə XƏBƏRDARLIĞI

“Paşinyanın “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə səsləndirdiyi fikirlər diplomatdan daha çox, sadə insanın sözlərinə bənzəyir”.

Müstəqil.az xəbər verir ki, bu barədə məşhur britaniyalı politoloq Tomas de Vall deyib.

Onun sözlərinə görə, Paşinyanın sərt mövqeyi vəziyyəti çətinləşdirir: “Görünür, o, milli təhlükəsizliyin təminatında öz mandatını təmin etmək və Qarabağdakı ermənilərlə birlikdə olduğunu inandırmaq istəyir”.

De Valın fikrincə, əgər Paşinyan Qarabağın müstəqilliyi və ərazilərin qaytarılmayacağı mövqeyində israr edərsə, bu, Bakı ilə danışıqlarda heç bir məsələyə yer qoymur və hər iki tərəfin müharibəyə qayıtması ilə nəticələnəcək.

“Azərbaycan Prezidenti İlham Əliyev isə susur və davakar bəyanatları müdafiə nazirinin, diplomatik bəyanatları isə xarici işlər nazirinin dili ilə səsləndirir. Azərbaycan prezidenti hələ ki, susur, lakin sonrakı dövrdə bu, belə olmayacaq. Ermənistan liderləri ehtiyatlı olmalıdırlar. Çünki Qarabağ üzrə danışıqlar prosesi nəzakətli konstruksiyadır. Onun iflası yeni münaqişəyə səbəb olacaq”, – deyə o bildirib.

Share: