“ZEYTUN BUDAĞI” hərəkatının 3-cü günü 11 kənd geri alınıb…

Afrində “Zeytin budağı” hərəkatının üçüncü günündə Türkiyə 11 kəndi YPG terrorçularından geri alıb.

Müstəqil.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda Azad Suriya Ordusu həmin kəndlərdə terrorçuların yerləşdirdikləri minaları təmizləyir.

Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinin başlatdığı Afrin əməliyyatına 6 min 400 əsgər qatılıb. Hərbi ekspertlərin fikrincə dünyada bu qədər sürətli və mütəşəkkil ikinci bir ordu yoxdur.

 

Müstəqil.Az

Share: