Zelenskidən Putinə müraciət: Uşaqları qaytarın!

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı çağırış edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Kiyevdə rus dilində keçirilən brifinqdə deyib.

“Hamımızın övladları var, uşaqları valideynlərinə qaytarın”, – Zelenski bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Kerç boğazında baş verən insident nəticəsində Rusiya Ukrayna dənizçilərini həbs etmişdi.

Müstəqil.Az

Share: