Yük və minik avtomobili toqquşdu 3 nəfər xəsarət aldı – Gəncədə

Gəncədə “Kamaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar şəhər sakinləri 36 yaşlı Natiq Orucov, 43 yaşlı Elşad Orucov və 31 yaşlı Afiqdir Orucovdur. Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Natiq Orucovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: