“Yubileyimi yalnız doğmalarımla qeyd edəcəyik…”- Ayaz Mütəllibov

Bu gün – mayın 12-də Azərbaycan dövlətçiliyinin ən mürəkkəb, ziddiyyətli bir dövründə- 1991-1992-ci illərdə  yenicə müstəqillik qazanmış ölkəmizin ilk Prezidenti olmuş Ayaz Mütəllibovun 80 yaşı tamamlanır.
“Heç bir təmtərağa ehtiyac duymuram… Doğum günümü, yubileyimi, sadəcə, ailə çərçivəsində, doğmalarımla birgə qeyd edəcəyik…”
Eks-prezident Moderator.az-a açıqlamasında belə deyib.
Xatırladaq ki, 80 illik yubileyi ərəfəsində  sabiq dövlət başçısı Ayaz Mütəllibov Moderator.az-ın rus versiyasına müsahibə verib. Müsahibənin ikinci hissəsinin ən maraqlı məqamlarının tərcüməsini yaxın müddətdə saytımızda oxuya bilərsiniz…

Share: