“YouTube” Rusiyanın Britaniyadakı səfirliyinin kanalından 29 videonu silib

“YouTube” administrasiyası Rusiyanın Böyük Britaniyadakı səfirliyinin kanalında yerləşdirilmiş 29 videonu silib.

Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Avqustun 15-də YouTube videohostinqinin rəhbərliyi xəbərdarlıq etmədən səfirliyin kanalından ümumilikdə 29 videonu silib. Onların əksəriyyəti Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelinin müsahibələridir”, – səfirliyin sözçüsü bildirib.

Onun sözlərinə görə, müsahibələr Rusiya-Britaniya münasibətləri, ərzaq və enerji böhranı, sanksiyalar və Ukraynadakı hərbi əməliyyat mövzularını əhatə edib.

Səfirlik cavab olaraq bütün silinmiş videoların bərpasını, həmçinin ayrı-seçkiliyə görə üzr istəməsini tələb edib.

Mənbə: mk.ru

Share: