Yer üzündə ilk dəfə salam verən kim olub? -Maraqlı

Görəsən, bəşər xəlq olunandan ilk dəfə salam verən kim olub?  
 
Moderator.az “Dəyərlər” nəşrinə istinadla bu suala cavab verir.
“Salam” elə kəlmədir ki, məhz müsəlmanlar arasında istifadə olunur və vəhdətin nişanəsi hesab edilir. Hədislərin birində oxuyuruq: “O zaman ki, Allah-Təala mələklərə Adəmə (ə) səcdə etmək əmrini verdi, şeytan səcdə etməkdən boyun qaçırtdı. Allah da şeytana əmr etdi ki, çıxıb getsin və buyurdu: “Qiyamət gününə qədər Mənim lənətim sənə olsun”.
Sonra Həzrət Adəmə (ə) xitab edərək, buyurur: “Onlara de: “Səlamun əleykum və rəhmətullah və bərəkətuh”.
Adəm (ə) onlara salam verdi və mələklər cavabında dedilər: “Allahın salamı və rəhməti sənin üçün də olsun”.
Sonra o zaman ki, Adəm (ə) Allaha tərəf qayıdır, Allah buyurur: “Bu, sənin və övladlarının bundan sonra salamıdır””. (Həvzəh)
Deməli, dünyada ilk dəfə salam verən  elə ilk insan və peyğəmbər Adəm(ə) olub.
İmam Sadiq (ə) buyurur: “Allaha və Peyğəmbərinə (s) ən yaxın insan o kəsdir ki, ilk olaraq salam verər…”
Salam – İslamın bayrağıdır. Ona görə də hər birimiz onu yüksək tutmalı və dostluq və məhəbbət nişanəsi olan bu kəlmənin cavabsız qalmasına imkan verməməliyik.

Share: