Yeni sistemlə təchiz ediləcək ilk gəmi 2025-ci ildə təhvil verilməlidir

Müstəqil.Az “Seanews.az”-ın məlumatına istinad edərək xəbər verir ki, “Wartsila” hər bir gəmini “Wartsila Compact Reliq Single Booster” (“CRSB”) sistemi ilə təmin edəcək.

Avadanlığın çatdırılması 2024-cü ilə planlaşdırılır və ilk gəmi 2025-ci ildə təhvil verilməlidir.

“Wartsila Compact Reliq” sistemi yüksək səmərəli və asan quraşdırma üçün nəzərdə tutulmuşdur. Soyuducu mühit kimi azotdan istifadə olunur, bu, yalnız təhlükəsiz deyil, həm də sistemin işini asanlaşdırır.

“Wartsila Corporation” (qərargahı Helsinki, Finlandiya) gəmiçilik, neft, elektrik və digər sənayelər üçün mühərriklərin və digər sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. 2022-ci ildə satışlar 5,8 milyard avro təşkil edib. 18 minə yaxın işçisi olan şirkət dünyanın 79 ölkəsində 240 nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.

Share: