“Metallica” qrupu 7 il sonra ilk tammetrajlı albomunu buraxıb.
Kulis.az xəbər verir ki, bu barədə qrupun saytında dərc edilib.
“72 Seasons” adlı yeni alboma 12 yeni trek daxildir. Albomun ümumi işləmə müddəti 77 dəqiqədir, səsyazmada qrupun yaradıcıları, aparıcı müğənni Ceyms Hetfild və nağara ifaçısı Lars Ulriç , eləcə də qrupun digər üzvləri – gitaraçı Kirk Hammett və bas gitaraçı Robert Trujillo iştirak ediblər .
Bu, metal qrupunun ümumilikdə 11-ci albomudur.