Xeyirxahlıq həyat tərzidir – Elman Eldaroğlu yazdı

Xeyirxahlıq həyat tərzidir, İlahi təyinatdır, hər adama nəsib olmur. Bu təyinatı icra etmək üçün Allah seşdiyi şəxslərə ilk növbədə böyük ürək, səxavət və ruh yüksəkliyi bəxş edir. Çünki böyük ürək olmasa səxavət göstərmək mümkün deyil.

Səxavət göstərməsən əks tərəfin məmnunluğundan zövq alıb, ruh yüksəkliyini yaşaya bilməzsən. Bu dünyada o qədər imkanlı adam var ki, necə deyərlər, ovcundan qəpik də çıxmaz, elə hey mal-mülk toplayar, yenə də gözü doymaz. Son nəfəsdə də heç biri köməyinə çatmaz…
Hacı Gülağa Abişovun xeyrxahlıqları haqqında çox yazılıb, çox deyilib. Nəsə təzə bir söz demək çətindir. Amma Ona olan el məhəbbətini, şahidi olduğum hadisələri sizinlə bölüşməyə cəhd edəcəm…
Pandemiyanın ilk vaxtlarında yaradılmış fonda iyirmi min manat pul köçürtdüyünün şahidi olmuşam. Vətən müharibəsi dövründə qırx min manat orduya dəstək fonduna vəsait köçürməsindən əlavə dəfələrlə ön cəbhəyə ərzaq, isti pal-paltar aparıb. Neçə-neçə qazi, şəhid ailəsinə yardım edib. Hər dəfə ata-baba yurduna yolu düşəndə kənd dükanına girib, kasıb, acınacaqlı vəziyyətdə yaşayan həmkəndlilərinin borclarını bağlayır. Yanına pənah gətirən kimsəni əliboş yola salmır. Dar günündə borc alıb, geri qaytarmayanlar da az deyil. Bəlkə də bunu çoxları bilmir, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin həyata keçirdiyi bütün xeyiryyə marafonlarında Onun da öz payı var. Məgər brdir-ikidir Hacının xeyirxah əməlləri? Tam səmimi deyirəm, say-hesabı çoxdan itib…
Deyir ki,- “Böyrəklərimdə problem var idi. Həkimin yanına getmişdim, yoxlayıb, əməliyyat olunmağı məsləhət gördü. Dedim, fikirləşib gələn həftə gələrəm. Bu zaman həkimin telefonuna zəng gəldi. Xaricdə oxuyan hansısa imkansız tanış tələbə zəng etmişdi. İllik təhsil haqqını ödəyə bilməməsindən gileylənirdi. Telefonu həkimdən alıb onunla danışdım. Əlaqə vasitələrini dəqiqləşdirib, geri dönən kimi onun hesabına lazım olan qədər pul köçürdüm. Bir həftə sonra əməliyyat üçün həmin həkimin yanına gedəndə yoxlayıb, gözlərinə inanmadı. Söylədi ki, böyürəklərində heç bir problem qalmayıb. Bu əsl möcüzə idi…”
Bəli, yerin-göyün sahibi var. Bəndələrinə göstərilən xeyirxahlığı heç vaxt cavabsız qoymur…
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön!
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə…
Bu kəlmələr Şeyx Nizamiyə məxsusdur. Adəmdən üzü bəri çox dəyərlər mahiyyətini, məğzini, tərzini dəyişib, bircə Yaxşılıq-Xeyirxahlıq öz əzəl qiyafəsində hələ də olduğu kimi yaşamaqdadır…
Dekabrın 29-u bu dəyəri bütün varlığı ilə özündə yaşadan insanlardan biri- Hacı Gülağa Abişovun doğum günüdür. “Yardımlı Xeyriyyə Cəmiyyəti” Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, xoş günlər arzulayır.
Yeni yaşın mübarək, Hacı!
Elman Eldaroğlu
Rafail Həbiboğlu, Alovsat Aliyev və başqa 140 nəfər
80 Rəy
17 Paylaşma
Bəyən

Rəy
Paylaş
Share: