“Siz bizim qürur mənbəyimizsiniz!” – əsgərlərə yazıçı məktubu

 Tanınmış yazıçı Aləm Kəngərli Azərbaycan Ordusunun əsgər və zabitlərinə məktub ünvanlayıb. Məktubda ordumuzun Vətən savaşındakı rəşadətdən bəhs edilir və əsgərlərimizə ziyalı, böyük qardaş və ata kimi müraciət olunur.

Müstəqil.Az yazıçı Aləm Kəngərlinin məktubunu olduğu kimi təqdim edir:

“ƏZİZ ƏSGƏR VƏ ZABİTLƏRİMİZ”

Biz – Azərbaycan xalqı olaraq, Ali Baş Komandanımızın iradəsi, qətiyyəti, sizlərin sarsılmaz gücü, cəsarəti, igidliyi, xalqımızın qeyrəti  və yenilməz birliyi ilə yazılan Azərbaycan tarixinin ən şərəfli anlarını yaşayırıq. İllər, əsrlər ötsə də, sizin  qazandığınız bugünkü möhtəşəm qələbələr heç vaxt yaddan çıxmayacaq, təkcə vətənimizdə deyil, dünya xalqlarının tarix kitablarında da  öz şərəfli yerini qoruyub saxlayacaqdır. Şübhəsiz, qazandığınız bu zəfərlər gələcək nəsillərimiz üçün də böyük bir örnək olacaq və onlar bu Vətəni sevərək, oxşayaraq, keşiyində duraraq daim qoruyacaqlar.

Siz Ana Vətənimizin işğal altında olan torpaqlarını azğın düşmənlərimizdən azad etmək üçün döyüşürsünüz. Vətən yolunda, haqq yolunda vuruşduğunuz üçün siz mütləq qalib gələcəksiniz. Bütün Azərbaycan xalqı sizə güvənir və qalib gələcəyinizə inanır! Vətənimiz üçün bu ağır, şərəfli günlərdə qəlbimiz, düşüncəmiz həmişə sizinlədir. Siz bizim qürur mənbəyimizsiniz! Biz – bütün Azərbaycan xalqı sizlinlə fəxr edirik!

Ayıq-sayıq olun, özünüzü mənfur düşmən gülləsindən qoruyun. Qələbə müjdəsi ilə sağ-salamat evlərinizə qayıdıb, ailənizə, yaxınlarınıza qovuşmaq üçün biz hər gün sizə dua edirik.

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

Sizlərə dərin hörmət və ehtiramla,  Aləm Kəngərli”.

 

Share: