Xameneyinin bacısı qızı 15 il azadlıqdan məhrum edildi

İranın ali rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” “Radio Farda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Muradxaninin vəkili Məhəmməd Ağasi açıqlayıb.  

Məlumata görə, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib. 

Xatırladaq ki, Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-ü həbs edilmişdi.

 


Share: