Hər bir dövlətin inkişaf səviyyəsi ilk növbədə vətəndaşının yaşayış tərzi, sosial təminatı və gündəlik həyatında hiss etdiyi rahatlıqla ölçülür.
Xalqın rifahı yüksək olan ölkələrdə insanlar gələcəyə daha böyük inamla baxır, iqtisadi fəallıq artır, cəmiyyətdə sabitlik və əmin-amanlıq möhkəmlənir. Buna görə də xalqın rifahının yüksəldilməsi hər bir dövlətin əsas məqsədlərindən biridir.
Azərbaycan son otuz ildən artıq müddətdə çətin və keşməkeşli bir yol keçib. Torpaqlarımızın işğalı, müharibənin yaratdığı ağır nəticələr ölkəmizin iqtisadi və sosial inkişafına mənfi təsir göstərmişdi. Lakin Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi dövlətimizin gücünü və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Şübhəsiz ki, bütün məsuliyyəti yalnız dövlətin üzərinə qoymaq düzgün olmaz. Güclü iqtisadiyyat dövlətlə yanaşı, sahibkarların, iş adamlarının, istehsalçıların və xidmət sektorunda çalışan insanların birgə fəaliyyəti nəticəsində formalaşır. Sosial məsuliyyət hissi ilə çalışan sahibkarlar yeni iş yerləri yaradır, keyfiyyətli məhsullar təqdim edir, vergilər ödəyir və ölkənin iqtisadi inkişafına mühüm töhfə verirlər. Onların fəaliyyəti nəticəsində həm rəqabət mühiti formalaşır, həm də əhalinin gündəlik tələbatı daha keyfiyyətli şəkildə ödənilir.
İnsan həyatının əsas ehtiyaclarından biri ərzaq təminatıdır. Sağlam və keyfiyyətli qidalanma insanın normal yaşaması, ailə büdcəsinin qorunması və cəmiyyətin sağlam inkişafı üçün vacib amillərdəndir. Bu baxımdan istehlakçılar keyfiyyətli məhsulları münasib qiymətlə əldə etmək istəyirlər. Son illər ölkəmizdə fəaliyyət göstərən market və supermarketlərin sayı xeyli artsa da, hər bir ticarət obyekti müştərinin etimadını qazana bilmir. Müştərini geri qaytaran əsas amillər keyfiyyət, münasib qiymət, səmimi münasibət və etibardır.
Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Möcüzə” market məhz bu xüsusiyyətləri ilə seçilən ticarət obyektlərindən biridir. Adı kimi, fəaliyyəti ilə də müştərilərinə xoş təəssürat bəxş edən market qısa müddətdə alıcıların etimadını qazanmağı bacarıb.
Marketdə gündəlik tələbat üçün lazım olan müxtəlif növ ərzaq və məişət məhsulları geniş çeşiddə təqdim olunur. Meyvə-tərəvəz, süd məhsulları, ət və ət məhsulları, çörək, qənnadı məmulatları, konservlər, içkilər və digər məhsulların təzəliyinə xüsusi diqqət yetirilir. Məhsulların keyfiyyətinə nəzarət alıcıların marketə olan inamını daha da artırır.
“Möcüzə” marketi digər ticarət obyektlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri alıcılara təqdim olunan sərbəst seçim imkanıdır. Burada müştərilər meyvə-tərəvəzi, quru ərzaqları və digər məhsulları özləri diqqətlə seçir, çeşidləyir və yalnız ürəklərincə olan məhsulları alırlar. Bu yanaşma həm məhsulun keyfiyyətinə olan etimadı artırır, həm də alıcının özünü daha rahat hiss etməsinə şərait yaradır. Çünki hər bir insan aldığı məhsulun təzə və keyfiyyətli olmasına şəxsən əmin olmaq istəyir.

Marketin diqqət çəkən digər üstünlüyü münasib qiymət siyasətidir. Qiymətlərin əlçatan olması xüsusilə ailə büdcəsini düşünən insanlar üçün mühüm əhəmiyyət daşıyır. Keyfiyyətlə münasib qiymətin vəhdəti alıcıların bu marketə üstünlük verməsinin əsas səbəblərindən biridir.
Müştəri məmnuniyyətində kollektivin rolu da böyükdür. “Möcüzə” marketdə çalışan əməkdaşlar alıcılara nəzakətlə yanaşır, onların suallarını diqqətlə cavablandırır, ehtiyac duyulduqda seçim etmələrinə kömək göstərirlər. Gülərüz xidmət, mehriban münasibət və operativ iş prinsipi burada alış-verişi daha rahat və xoş edir.
Marketdə təmizliyə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Məhsullar səliqə ilə düzülür, satış zalında nizam-intizam qorunur. Bu isə alıcılarda əlavə inam yaradır və alış-veriş mədəniyyətinin yüksək səviyyədə təşkil olunduğunu göstərir.
“Möcüzə” market haqqında danışarkən xüsusi qeyd edilməli olan məqamlardan biri də burada spirtli içkilərin satılmamasıdır. Bu yanaşma bir çox alıcı tərəfindən müsbət qarşılanır və marketin fəaliyyətində fərqləndirici xüsusiyyət kimi qiymətləndirilir. Sağlam həyat tərzinin təşviqi, ailə dəyərlərinə hörmət və sosial məsuliyyət baxımından belə bir satış siyasəti cəmiyyətin müəyyən hissəsi tərəfindən təqdir olunur və marketin özünəməxsus prinsipial mövqeyini nümayiş etdirir.
Bu gün ölkəmizin inkişafı təkcə böyük sənaye müəssisələri və iri layihələrlə deyil, həm də insanların gündəlik həyatını asanlaşdıran, onların etimadını qazanan belə ticarət obyektlərinin fəaliyyəti ilə ölçülür. Müştəri məmnuniyyətini fəaliyyətinin əsas prinsipi seçən sahibkarlar dövlətin həyata keçirdiyi iqtisadi siyasətə öz töhfələrini verir, sağlam rəqabət mühiti yaradır və əhalinin rifahının yüksəlməsinə xidmət edirlər.
Nəticə etibarilə, xalqın rifahı dövlət, sahibkar və vətəndaş arasında formalaşan qarşılıqlı etimad və əməkdaşlığın nəticəsidir. Dövlət inkişaf üçün şərait yaradır, sahibkar vicdanla çalışaraq keyfiyyətli xidmət göstərir, vətəndaş isə bu inkişafın əsas iştirakçısına çevrilir. Məhz belə birlik ölkəmizin daha da güclənməsinə, iqtisadiyyatın inkişafına və insanların firavan həyatına xidmət edir.
Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Möcüzə” market göstərir ki, uğurlu biznes yalnız gəlir əldə etmək deyil, həm də insanlara keyfiyyətli məhsul təqdim etmək, onların etimadını qazanmaq, sağlam həyat tərzini təşviq etmək və cəmiyyət qarşısında sosial məsuliyyət daşımaq deməkdir. Müştəri məmnuniyyəti, zəngin məhsul çeşidi, münasib qiymətlər, gülərüz xidmət, sərbəst seçim imkanı və özünəməxsus fəaliyyət prinsipləri bu marketi alıcıların etibar etdiyi ünvanlardan birinə çevirib.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.




















