Xadimənin sayrışan geyimi: batareyasını kim alacaq? – Video

Bu gün DİN rəhbərliyinin sifarişi əsasında Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün xüsusi geyimlər paylanılıb. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsusi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub. Bu işıq qaytarıcılarının enerji təminatının necə olacağı marağa səbəb olub.

Müstəqil. Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, həmin geyimlərə batareyalar qoşulub.

“Bu batareyaların istifadə müddəti bitdikdən sonra onları yeniləmək olar. Bu geyimlər əsasən, günün qaranlıq vaxtı işıqlandırılmayan ərazilərdə təhlükəsizliyi təmin etmək üçün hazırlanıb. Həmin gödəkçələrin digər üstün cəhəti isə onların ilin istənilən fəslində istifadə oluna bilməsidir. Müxtəlif rənglərlə təchiz edildiyindən, onların çox uzaqdan diqqət cəlb edir ”.

Qeyd edək ki, bu gün DİN rəhbərliyinin sifarişi əsasında Bakı şəhərində təmizlik işləri aparan şəxslərə yeni geyimlər təqdim edilib. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsusi işıq qaytarıcılarının olmasıdır.

Firuzə

Share: