Şəhid Etibar Əliyevin doğum günüdür

Bu gün Azərbaycan torpaqlarının azadlığı uğrunda canını fəda etmiş şəhid Etibar Allahverdi oğlu Əliyevin doğum günüdür.

Etibar Əliyev 1975-ci ilin 6 aprelində anadan olub. 1994-cü ilə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğalına qarşı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hazırda təhsil aldığı 162 nömrəli tam orta məktəb şəhid Etibar Əliyevin adını daşıyır.

Ruhu şad olsun!

Müstəqil.Az

Share: