Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən atıb öldü

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.

Müstəqil.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib.

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi “VAZ 21015” markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müstəqil.Az

Share: