Türkiyənin səhiyyə naziri Şuşada — Fotolar

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Şuşa şəhərinə gedib. 

“Qafqazinfo” xəbər verir ki, nazir Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanında olub. 

Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti həmçinin Şuşa qalası, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib. Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar cümə namazı qılıblar. Vətən şəhidlərinin ruhlarına rəhmət dilənib və dualar oxunub.

 


Share: