Qazaxıstan millisinin qapıçısı: “Bakıda istənilən nəticə qeydə alına bilər”

“Bakıdakı oyunda hər şey ola bilər”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan yığmasının qapıçısı İqor Şatski Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu barədə danışarkən deyib.

33 yaşlı qolkiper matça sakit çıxacaqlarını bildirib:

“Hansı nəticənin qeydə alınacağını bilmirəm. Bu, futboldur. Nəyin necə olacağını zaman göstərəcək. Yaşayarıq, görərik”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da oynanılacaq Azərbaycan-Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Share: