Türkiyədə bələdiyyə sədrinin avtomobilinə silahlı hücum — Foto

Tokatın Ərbaa rayonunda Tanoba qəsəbəsinin bələdiyyə sədri Vural Özdemirin ofis maşınına silahlı basqın edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücumda bələdiyyə sədri yüngül xəsarət alıb, MHP-dən olan millət vəkili Ünal Ümay isə baş nahiyəsindən yaralanıb.

Hadisə yerinə 112 təcili yardım qrupları gəlib.

Ünal Ümay Ərbaa Dövlət Xəstəxanasına aparılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma başladılıb.


Share: