Bakı-Səlyan şossesində qəza: Avtomobil idarəetməni itirərək aşdı

Bu gün axşam saatlarında Bakı-Səlyan şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı “Saipa” markalı, 99-PN-315 qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək aşıb.

Qəzaya səbəb havanın küləkli olması ehtimal olunur.

Aşan avtomobil hadisə şahidləri tərəfindən yolun hərəkət hissəsindən çəkilərək, yolda yarana biləcək sıxlığın qarşısı alınıb.

Xəsarət alanlar barədə məlumat olmasa da avtomobilə ciddi maddi ziyan dəyib.

Qəza yerindən olan görüntüləri təqdim edirik:

Share: