Türkiyədə avtobus TIR-a çırpıldı: 9 ölü, 16 yaralı – FOTO

Türkiyədə – Çorumda sərnişin avtobusu park edilmiş TIR-la toqquşub.
 
Müstəqil.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
İstanbuldan Tokata səfər edən sərnişin avtobusu səhər saatlarında yol kənarında dayanan yük maşını ilə toqquşub. Qəzadan sonra avtobus alovlanıb. Yanğından mühafizə idarəsinin işçiləri alovu söndürüblər.
Nəqliyyat vasitəsi Tokatdan İstanbula gedirmiş.
Hadisədən sonra bölgəyə yanğınsöndürən və təcili tibbi yardım xidməti çağırılıb.
Araşdırma aparılır.

 

Share: