Türkiyə və Ukrayna arasında razılaşma…

Ukrayna Prezidenti Pyotr Poroşenko Türkiyənin İstanbul şəhərinə səfər edib.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, o, İstanbulda Konstantinopol Patriarxı Varfolomey ilə görüşüb.

Qeyd edək ki, Poroşenkonun İstanbul səfəri iki gün davam edəcək. O, burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Mabeyn köşkündə baş tutan təkbətək görüş 1 saat 15 dəqiqə davam edib.

***

Ukrayna ilə əlaqələrimizi gücləndirməyə davam edəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə keçirdiyi mətbuat konfransında deyib.

“İkitərəfli və heyətlərarası görüşlərimizdə regional problemləri də müzakirə etməyə imkanımız oldu. Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasına dair mövqeyimizi güclü bir şəkildə yenidən bildirdik. Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Ölkəmiz istər Krımda yaşayan, istərsə də işğaldan sonra Krımdan köç etmək məcburiyyətində qalan Krım tatarlarının hüquqlarını qorumağa davam edəcək”, – Ərdoğan qeyd edib.

Ərdoğan Ukraynada islahat prosesini ürəkdən dəstəklədiklərini və bunun bölgəyə xeyri olacağını deyib.

***
Türkiyədə səfərdə olan Poroşenko “Baykar Makine” adlı pilotsuz uçuş aparatları zavodunu ziyarət edib.

Elə burada Türkiyə və Ukrayna arasında müdafiə sistemləri ilə bağlı razılaşma imzalanıb.

Müstəqil.Az

Share: