Türkiyə sabah İsveçin NATO-ya müraciətini müzakirə edəcək

Türkiyə Nazirlər Kabineti sabah Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında toplanacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə NK İsveçin NATO-ya üzv olmaq məsələsini müzakirə etməyi planlaşdırır.

Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetirməsi ətrafında fikir mübadiləsi aparacaq.

Xatırladaq ki, Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir.

Qeyd edək ki, Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.


Share: