Türkiyə vətəndaşlarının əksəriyyəti əmindir ki, ölkənin təhlükəsizliyini NATO-da üzvlük olmadan da təmin etmək mümkündür. İEA şirkətinin keçirdiyi ictimai rəy sorğusu bu nəticəni verib.
Rəyi soruşulanların 70%-i siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində Rusiya ilə əməkdaşlığı məqbul sayır. Sorğuda iştirak edənlərin 60%-i isə qeyd edib ki, Türkiyənin xarici siyasəti onun iqtisadiyyatna mənfi təsir göstərir.
Sorğunun noyabrın əvvəllərində keçirildiyi əlavə olunur.
Müstəqil.Az