Tural Turan “QARANLIĞIN AYDINLIQ ADI” ilə gəlir

Bu günlərdə AYB-nin üzvü, gənc şair Tural Turanın Özbək türkcəsində “QARANLIĞIN AYDINLIQ ADI” adlı şeirlər kitabı işıq üzü görüb.

Müstəqil.Az xəbər verir ki, “ÇapArt” nəşrlər evində nəşr olunan kitabda müəllifin son illərdə yazdığı şeirlerdən seçmələr yer alıb.

Qeyd edək ki, şeirləri özbək türkcəsinə çevirən şair- tərcüməçi Şahista Artıqova- Kamranlı, kitabın redaktoru filologiya elmləri doktoru Yaşar Qasım, ön sözün müəllifi isə Özbəkistan Yozuvçular Uyuşmasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Akif Azalpdır. Onu da qeyd edək ki, Tural Turan bundan öncə-müxtəlif illərdə Azərbaycan türkcəsində çap olunan üç şeirlər kitabının müəllifidir.

Müstəqil.Az

Share: