Trampla şam yeməyinə bilet satılır – Şok qiymət

ABŞ Prezidenti Donald Tramp hakimiyyətinin 1 illiyinə həsr olunmuş şam ziyafəti keçirmək niyyətindədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərasim Florida ştatının Mara-Laqo şəhərində təşkil olunacaq.

Mərasimə qatılmaq istəyən şəxslər üçün biletin dəyəri 100 min dollardır. Bu qiymətə yemək və fotosessiya daxildir.

250 min dollarından keçən şəxslər isə Trampın masasına yaxın yerdə əyləşəcək.

 

Müstəqil.Az

Share: