Tillerson bu ölkənin işğalına maneə olduğu üçün postundan qovuldu – ŞOK İDDA

ABŞ-ın dövlət katibi Reks Tillersonun mart ayında vəzifəsindən çıxarılması ilə bağlı sensasiyalı iddia ortaya atılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, “The Intercept” portalının yazdığına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərə hərbi müdaxiləsinə maneə olması Tillersonun postundan gedişi ilə nəticələnib.

Portalın Dövlət Departamentindəki mənbələrinin məlumatına görə, 2017-ci ilin yayında Tillerson Ər-Riyad və Əbu-Dabini hücum və gərginliyin eskalasiyası fikrindən daşındırmaq üçün telefon zəngləri seriyasını edib. O həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettisə Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarlarına zəng vurmağı və onları Qətərə qarşı hərbi güc tətbiqi barədə xəbərdar etməyi məsləhət görüb.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qətərin paytaxtı Doha ətrafındakı bazası və ABŞ Silahlı qüvvələrinin Mərkəzi Komandanlığının təxminən 10 min hərbçisinin ön mövqedə yerləşməsi Tillersonun səylərində az rol oynamırdı.

Portalın məlumatına görə, Tillerson Qətərə qarşı hərbi əməliyyatlarının keçirilməsi haqqında planlardan Səudiyyə Ərəbistanındakı operativ işçisindən xəbər alıb. Sonuncu isə məlumatı Qətər hakimiyyətindən almışdı. ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları da bu informasiyanı bir neçə ay sonra təsdiq etdilər. Ər-Riyad və Əbu-Dabi dövlət katibinin müdaxiləsinə görə qəzəblənmişdi və Tillersonun istefasına nail olmaq məqsədi ilə bilavasitə prezident Donald Trampa təsir göstərmək üçün aktiv cəhdlərini təşəbbüs etdilər.

“The New York Times” qəzeti isə iddia edirdi ki, BƏƏ-nin Vaşinqtondakı səfiri 3 ay əvvəl Tillersonun gələcək istefası haqqında bilirdi. Nəşrin məlumatına görə, Amerika sahibkarı Corc Nader və Respublikaçılar Partiyasının böyük donoru Elliott Broydi diplomatın postundan kənarlaşdırılmasında böyük rol oynadı. Onlar Trampla yaxınlıqdan istifadə edərək, ona Tillersonu vəzifəsindən çıxarmağı və Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin xeyrinə xarici siyasət aparmağı məsləhət görürdülər.

Qeyd edək ki, 2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilədə ittiham edərək Qətərlə diplomatik münasibətləri kəsdilər. Bunun ardınca iqtisadi sanksiyalar və əmirliyin nəqliyyat blokada tətbiq olundu. Amerika diplomatiyasının başçısı Qətərə yaxın siyasət həyata keçirirdi və bu, Ər-Riyadla Əbu-Dabinin xoşuna gəlmirdi.

Share: