Tanınmış simalar sosial şəbəkələrdə 20 YANVAR FACİƏSİNİ yada saldılar..

Xəbər verdiyimiz kimi, bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümüdür. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, kino və musiqi dünyasının tanınmış simaları sosial şəbəkələrdə faciəni yada salıb şəhidlərimizə rəhmət diləyiblər.

Xalq Artisti Flora Kərimova: “Qürurumun aynası Xalqım! Hər ilin bu günü itkisinin olub-olmamasından aslı olmayaraq hamımızın qəlbi göynəyir. Bizi əsl Azərbaycanlı edən Vətən sevinclərimizlə bahəm göynərtilərimizdir. Bizi həmrəy edən, bizi birləşdirən həm də dərdlərimiz olur. Bu günün acısı, qəhəri indiyədək kor düyün kimi boğazımdadır. Allah millətimi bir daha belə borcumuz olan mərdlik, şərəf və vətəndaşlıq sınağından keçirməsin!”

Xalq Artisti Faiq Ağayev: “Azərbaycan tarixinin zülməti, qanlı səhifəsi…”

Nigar Camal: “Sağalmaz yaralı tarix. Bu dəhşəti dünən kimi xatırlayıram”.

Xalq artisti Aygün Kazımova: “Allah şəhidlərimizə rəhmət eləsin…”

Emin Ağalarov: “Biz öldük deyə dirildik”.

Xalq artisti Brilliant Dadaşova: “Başın sağ olsun, Azərbaycan!”

Share: