Tanınmış şairin ailəsində ağır itki…

Tanınmış şair Balayar Sadiqin həyat yoldaşı dünyasını dəyişib.

Müstəqil.Az xəbər verir ki, bu haqda şairin dostları sosial şəbəkədə paylaşım edib,   şairin həyat yoldaşının rəhmətə getməsindən üzüldüklərini ifadə ediblər.

Şairin qələm dostu və qudası, tanınmış yazar Nurəddin Ədiloğlu ilə əlaqə saxlayan müxbürümüzə hadisənin dünən axşam saatlarında baş verdiyini deyib.
Mərhumə bu gün Şüvəlan qəsəbəsindəki məzarlıqda dəfn olunacaq.

Müstəqil.Az olaraq bu  üzüntülü hadisəyə görə qələm dostumuza dərin hüznlə başsağlığı verir, kədərinəə şərik olduğumuzu bildiririk.

ALLAH RƏHMƏT ELƏSİN!..

 

Müstəqil.Az

Share: