Təyyarədən enmək istəmədilər.. Pilot tərəfindən zorla endirildilər – VİDEO

Hindistanda “Air Asia” firmasına məxsus təyyarənin pilotu təyyarədən düşməməkdə israr edən sərnişinləri zorla endirmək üçün kondisioneri sonuna qədər açıb və sərnişinlər arasında böyük həyəcan yaşanıb.
Müstəqil.az xəbər verir ki, təyyarə 4.5 saat fasilə verəcəyi üçün pilot sərnişinlərdən təyyarəni tərk etmələrini istəyib. Ancaq güclü yağış yağdığı üçün sərnişinlər təyyarədən düşməyi rədd ediblər.
Bundan sonra kondisioneri işə salan pilot təyyarəni həddindən artıq soyudub və sərnişinlər təyyarəni tərk etməyə məcbur olublar. İntensivləşən hava təyyarənin içində sanki yanğın varmış kimi sıx duman yaranmasına səbəb olub.

Share: