İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdilər

Fransa Prezidenti Emmanuel Makronun Əmək Məcəlləsi ilə bağlı qərarına qarşı etiraz edən işçilər Yelisey sarayının qazını kəsiblər.   Milli Elektrik və Qaz İdarəsinin əməkdaşları saraya qaz verilişini 3 saat müddətinə dayandırıblar.

 

Məsələ ilə bağlı hökumətdən hər hansı açıqlama verilməyib.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Makronun Əmək Məcəlləsi ilə bağlı qanuna dəyişiklik etməsi Fransanın müxtəlif şəhərlərində etiraz aksiyalarına səbəb olmuşdu.

 

Kütləvi etirazlar müəyyən fasilələrlə davam edir.(Modern.az)

Share: